Bayden Venesuelada təkrar seçkilərin keçirilməsi ideyasını dəstəkləyib

Dünya

16.08.2024 - 11:06

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti niyə bu qiymətləndirmə ilə razılaşdığını izah etməyib

ABŞ Prezidenti Co Bayden Venesuelada təkrar prezident seçkilərinin keçirilməsi ideyasının məqsədəuyğun olduğuna inandığını bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Prezident jurnalistlərə deyib.

“Bəli, dəstəkləyirəm”, deyə siyasətçi seni seçkilər ideyası ilə bağlı öz mövqeyini açıqlayıb.

Bayden niyə bu qiymətləndirmə ilə razılaşdığını izah etməyib.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Milli Seçki Şurası Nikolas Maduronu qalib elan edib. Ertəsi gün bütün ölkədə seçkinin nəticələri ilə razılaşmayanların etirazları başlayıb. Belə ki, Karakas və digər şəhərlərdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Etiraz günlərində çoxsaylı vandalizm və talan aktları qeydə alınıb. İndi təkrar seçkilər ideyası gündəmə gəlib.

Bundan əvvəl “The Wall Street Journal” (WSJ) Vaşinqtonun gizli danışıqlar zamanı Venesuela lideri Nikolas Maduroya 2025-ci ilin yanvarına qədər hakimiyyətdən imtina etməsi müqabilində ona və tərəfdarlarına amnistiya təklif etdiyini yazıb. Qeyd olunub ki, sövdələşmə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harrisin mövqeyini yaxşılaşdırmaq cəhdi ilə bağlıdır.

Avqustun əvvəlində Venesuela Baş Prokurorluğu prezidentliyə keçmiş namizəd Edmundo Qonzales və siyasətçi Korina Maçadoya qarşı cinayət işi açıb. Müxalifət liderləri vətəndaşları üsyana təhrik etməkdə ittiham olunurlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş