Baydenin qalib gələ bilmədiyi yeganə yer vençur kapitalisti Ceyson Palmerə uduzduğu Amerika Samoası olub
ABŞ-ın hazırkı Prezidenti Co Bayden “Super çərşənbə” axşamı günü ABŞ Demokratlar Partiyasından prezidentliyə namizədlərin bütün praymerizlərində qalib gəlib. AYNA xəbər verir ki, bu barədə “Associated Press” 15 ştatda keçirilən praymerizlərin nəticələrinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, Bayden hər ştatda 70-90 faiz səslə qalib gəlib. Baydenin qalib gələ bilmədiyi yeganə yer vençur kapitalisti Ceyson Palmerə uduzduğu Amerika Samoası olub.
Qeyd edək ki, ABŞ-da seçki ilində mart ayının ilk çərşənbə axşamı – “super çərşənbə”də 15 ştatda ilkin seçkilər (praymerizlər) və Respublikaçılar Partiyasının və Demokrat Partiyasının fəallarının iclasları keçirilir. “Super çərşənbə” axşamı bir çox ştatlarda eyni vaxtda keçirilən və milli seçkilərdə hansı namizədin öz partiyasını təmsil edəcəyini müəyyən edən partiyadaxili səsvermənin ən böyük günüdür.
Sayılan ilk səslərə əsasən, Baydenin seçkidəki əsas rəqibi Donald Tramp Alabama, Texas, Arkanzas, Oklahoma, Men, Şimali Karolina və bir sıra başqa ştatlar da daxil olmaqla 10-dan çox ştatda Respublikaçılar Partiyasının praymerizində liderdir.