Bayden Rusiyadan uran idxalını qadağan edən qanun layihəsini imzalayıb

Dünya

14.05.2024 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, Rusiyadan asılılığı azaltmaqla və son nəticədə aradan qaldırmaqla ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək”

ABŞ Prezidenti Co Bayden Rusiyadan ABŞ-a uran idxalını qadağan edən qanunu imzalayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, görülən tarixi tədbirlər silsiləsi mülki nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla və son nəticədə aradan qaldırmaqla ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək.

Mayın əvvəlində “Rosatom” Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən ABŞ Konqresinin təsdiq etdiyi qanun layihəsinin bazar üçün dağıdıcı olduğunu bildirmişdi.

ABŞ Senatı aprelin 30-da Rusiyadan uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib. Təşəbbüs qanunun qəbulundan 90 gün sonra qüvvəyə minir. Eyni zamanda, Amerika qanunvericiliyinə 2027-ci ilə qədər qadağanın ABŞ-ın milli maraqlarına cavab verdiyi təqdirdə istisnalara icazə verən müddəa daxildir. Bundan sonra nüvə yanacaq dövrü sahəsində ən böyük Amerika şirkəti “Centrus” materialın tədarükünü davam etdirmək üçün Rusiya Federasiyasından material idxalına qoyulan qadağaya istisnalar etmək tələbi ilə müvafiq idarələrə müraciət edəcəyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş