Bayden Novruz bayramını qeyd edən insanları təbrik edib

Dünya

21.03.2023 - 00:02

ABŞ Prezidenti tvitter səhifəsində paylaşım edib

“Novruz bu gün dünyada milyonlarla insanın minilliklər boyunca qeyd etdiyi bayramdır”. AYNA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden tvitter səhifəsində paylaşım edib.

"Bu bayram hətta qaranlıq günlərdə də qarşımızdakı ümidləri xatırladan yeni ilin başlanğıcı sayılır. Novruz bayramını qeyd edən hər kəsi təbrik edirəm", deyə Bayden bildirib.

Müəllif: Ayna.az