Bayden namizədliyini geri götürüb

Dünya

21.07.2024 - 22:48

Həkimlər Klinikalar SEO Xidməti

O, səlahiyyət müddətinin sonuna qədər prezident olaraq qalacaq

ABŞ-ın hazırkı Prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ lideri əlavə edib ki, o, səlahiyyət müddətinin sonuna qədər prezident olaraq qalacaq.

Bundan əvvəl hazırkı liderin seçki qərargahının nümayəndəsi Sedrik Riçmond bildirmişdi ki, Co Bayden hələ də seçki yarışında mübarizəni davam etdirməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş