Bayden həbs təhlükəsi ilə üz-üzədir

Dünya

15.09.2023 - 13:15

cedabet dərman SEO Xidməti

ABŞ Prezidentinin oğlu 25 il həbs cəzası ala bilər

ABŞ Prezidenti Co Baydenin oğlu Hunter Bayden həbs edilə bilər. AYNA xarici mediaya istinadən bildirir ki, oğul Baydenə odlu silah aldığı zaman yalan məlumatlar verdiyinə görə üç epizod üzrə ittiham irəli sürülüb.

Qeyd edilir ki, H.Bayden 2018-ci ilin oktyabrında odlu silah alarkən qadağan olunan narkotiklərdən istifadə etmədiyi və onlardan asılı olmadığı barədə federal sənəddə yalan məlumat yerləşdirib. Amma Bayden həmin vaxt kokain asılılığına qarşı mübarizə aparırmış.

Bildirilir ki, ABŞ tarixində ilk dəfə olaraq fəaliyyətdə olan Prezidentin övladına qarşı ittiham irəli sürülüb.

Təqsiri sübut olunacağı təqdirdə H.Bayden 25 il həbs cəzasına məhkum edilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş