“Çin elektrikli avtomobillərdən istifadə edərək ABŞ-ın məxfi məlumatlarını toplayır”
ABŞ Prezidenti Co Bayden Çindən gələn avtomobillərin casusluqda şübhəli olduğunu bildirib. AYNA “Financial Times”ə istinadən xəbər verir ki, Bayden Çin elektrik avtomobillərinin ABŞ-ın məxfi məlumatları toplaya biləcəyini söyləyib.
ABŞ lideri həmçinin Çin məhsullarının ABŞ bazarını doldurmasının qarşısını almağa çalışarkən, ticarət naziri Gina Raimondoya Çin ağıllı avtomobillərinin ABŞ-ın milli təhlükəsizliyinə təhlükə olub-olmadığını araşdırmağı tapşırıb.
“Çin ədalətsiz təcrübələr də daxil olmaqla avtomobil bazarının gələcəyinə hakim olmaqda qərarlıdır. Pekin öz avtomobilləri ilə bazarımızı doldura, milli təhlükəsizliyimizə təhlükə yarada bilər. Bunun baş verməsinə icazə verməyəcəyəm”, - Prezident vurğulayıb.