Bayden: “ABŞ-ın İordaniyadakı hərbi bazasına hücum İranın dəstəyi ilə həyata keçirilib”

Dünya

29.01.2024 - 00:17

cedabet dərman SEO Xidməti

ABŞ Prezidenti hərbi bazaya hücumda İranı günahlandırıb

ABŞ Prezidenti Co Bayden ABŞ-ın İordaniyadakı hərbi bazasına PUA ilə hücumu şərh edib. AYNA xəbər verir ki, ABŞ liderinin bəyanatı Ağ Evin saytında dərc olunub.

Prezident hücumda İranın dəstəklədiyi radikalları günahlandırıb.

“Hələ bu hücumla bağlı bütün faktları toplamasaq da, bunun İranın dəstəklədiyi Suriya və İraqda fəaliyyət göstərən radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik”, - deyə Bayden bildirib.

Qeyd edək ki, yanvarın 27-də axşam saatlarında PUA İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına zərbə endirib. Hadisə nəticəsində onlarla hərbçinin yaralandığı bildirilir. 3 hərbçini xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş