Sakinlər qəbiristanlığın yanında günü-gündən artan zibillərin olmasından şikayət edir
Mehdiabad qəsəbə sakinləri qəsəbə qəbiristanlığının baxımsız vəziyyətindən şikayət edir.
AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, sakinlər qəbiristanlığın yanında günü-gündən artan zibillərin olmasından şikayət edir.
Onlar bildirir ki, dəfələrlə yerli özünüidarəetmə orqanı və icra hakimiyyətinə bununla bağlı müraciət etsələr də, onların şikayətini ciddiyə alan olmayıb.