Daha 581 şəhid ailəsi sevinəcək

Cəmiyyət

10.07.2019 - 12:00

Onların 881 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 581 şəhidin 881 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub. Nazirliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər görülür.

 

Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə onların telefon nömrələrinə mesajla bildiriş göndəriləcək.

 

Qeyd edək ki, ölkə Prezidentinin 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11067 şəhidin 16394 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

 

Beləliklə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminat proqramının icrası 90,2 faizə çatıb.

Müəllif: Ayna.az