Gecə saatlarında müxalifət tərəfdarları şəhərin mərkəzindəki Avropa meydanına toplaşıblar
Gürcüstanın Batumi şəhərinin sakinləri “Xarici agentlər haqqında” qanuna qarşı etirazlara qoşulublar. AYNA xəbər verir ki, xarici “Telegram” kanallarında videolar yerləşdirilib.
Mitinqə tələbələrin gəldiyi bildirilir. Gecə saatlarında müxalifət tərəfdarları şəhərin mərkəzindəki Avropa meydanına toplaşıblar.
Qeyd edək ki, iki gündür Tbilisidə Gürcüstan Parlamentinin qarşısında etiraz aksiyaları keçirilir.