Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Hadisə

27.08.2021 - 22:32

FHN xilasetmə əməliyyatları barədə məlumat yayıb 

 

“Novxanı” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

 

Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Xilasetmə əməliyyatı FH-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilib.

Müəllif: Ayna.az