Baş Nazirin rəqibi istefa verdi

Dünya

13.12.2019 - 18:53

Həkimlər Klinikalar SEO Xidməti

Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 368 yerlə ilk pilləni tamamlayıb

 

İngiltərədə keçirilən parlament seçkilərinin nəticəsi açıqlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Əmək Partiyasının sədri Ceremi Korbin seçkilərdə məğlub olduğu üçün partiyadan istefa verəcəyini açıqlayıb.

 

Buna baxmayaraq, Korbin ona dəstək olanlara təşəkkürünü bildirib: “Bu məğlubiyyət bizi çox məyus etdi. Lakin apardığımız seçki kompaniyası ilə bir çoxlarının ümid qapısı olmağı bacardıq. Dəstək olan hər kəsə təşəkkür edirəm”.

 

Qeyd edək ki, seçkilərin nəticəsinə əsasən, Baş Nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 368 yerlə ilk pilləni tamamlayıb.

 

Consonun ən böyük rəqibi Ceremi Korbinin rəhbərlik etdiyi Əmək Partiyası isə 191 yerlə ikinci pillədə qərarlaşıb. Beləliklə, Əmək Partiyası bu nəticə ilə tarixindəki ən pis məğlubiyyətlərdən birini alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş