Ballıcada 21 ailəyə evlərinin açarları təqdim olunub

Xəbərlər

27.12.2024 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

Xocalı rayonuna növbəti köç həyata keçirilib

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. AYNA Azərtac-a istinadən xəbər verir ki, 21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Ballıca kəndinin təbiət gözəlliyi seyr ediblər.

Kənddə köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. Əvvəlcə Qarabağ müharibəsi şəhidləri və təyyarə qəzasında həlak olan vətəndaşların xatirəsi ehtiramla yad olunub. T.Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək, onlara xoşbəxt və firavan həyat arzulayıb. Sonra mənzillərin açarları ailələrə təqdim edilib.

Xocalı sakinləri - keçmiş məcburi köçkünlər 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanır. Böyük Qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Xatırladaq ki, Xocalı rayonunun Ballıca kəndinə ilk köç dekabrın 13-də reallaşıb. Bu mərhələdə 27 ailə olmaqla, 152 nəfər Ballıca kəndinə köçürülüb.

Ballıcada 21 ailəyə evlərinin açarları təqdim olunub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş