Ruslar adi soyuqdəymə kimi başlayan ağır xəstəlikdən şikayətlənirlər
Onlarla rusiyalı turist və qaçqınlar İndoneziyanın Bali adasında Honkonq qripinə yoluxub. AYNA.AZ xəbər verir ki, bu barədə “Telegram” kanalı “Baza” məlumat yayıb.
Bildirilib ki, ruslar adi soyuqdəymə kimi başlayan ağır xəstəlikdən şikayətlənirlər. İlkin yüngül simptomlardan qısa müddət sonra onlarda şiddətli baş ağrısı, yüksək hərarət, bədən ağrıları və öskürək yaranıb. Bəzi hallarda qrip ürəkbulanma və qusma ilə müşayiət olunur.
Adətən xəstəliyin kəskin mərhələsi bir həftə davam edir. Daha sonra, bir neçə həftə ərzində yoluxmuş şəxslərdə şiddətli baş ağrıları və halsızlıq müşahidə olunur.
Bundan əvvəl bir rus qadın Cənubi Afrikaya səyahət etmiş və denqe qızdırmasına yoluxan ilk şəxs olmuşdu. Turist Kruger Milli Parkını və Viktoriya şəlaləsini ziyarət etmiş və orada ağcaqanadlar tərəfindən dişlənmişdi.