"Azeri Light" ucuzlaşıb

İqtisadiyyat

01.07.2026 - 11:31

Azərbaycan nefti 75 dollara satılır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,26 dollar və ya 0,34% ucuzlaşaraq 75,34 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,6 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş