Budapeşt Avropa İttifaqına üzvlük danışıqlarını bloklaya bilər
Budapeşt Macarıstan azlığının hüquqları haqqında qanuna düzəlişlər edilmədiyi təqdirdə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını bloklamaq niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban deyib.
"Macar azlığının hüquqları haqqında ikitərəfli saziş Ukraynanın Aİ-yə üzvlük danışıqları üçün müəyyən bir klaster daxilində şərtdir. Bu o deməkdir ki, əgər ukraynalıların etməli olduğu qanunvericilik düzəlişləri 2026 və 2027-ci illərdə qəbul edilməzsə, hər bir klaster üçün Avropa danışıqları avtomatik olaraq dayandırılacaq", - deyə nazir parlamentdəki çıxışı zamanı bildirib.
Orban Budapeşt və Kiyev arasında bağlanan müqavilələrin vaxtı və şərtləri barədə şərh verib. O Ukraynanın qanunvericilikdə düzəlişlər etməklə müqavilənin müddəalarını hüquqi formada möhkəmləndirməyə öhdəlik götürdüyünü bildirərək yekunlaşdırıb. Onun sözlərinə görə, müvafiq düzəlişlər 2026 və 2027-ci illər ərzində davamlı olaraq ediləcək.