“Bu qaydalara hər bir sürücü əməl etməlidir”
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb. AYNA.AZ xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qayda əks olunub.
Bunlar aşağıdakılardır:
- Əvvəlcə yol nişanlarına diqqət yetirməli;
- Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;
- Sərt əyləcdən istifadə etməməli;
- Düzgün ara məsafəsi saxlamalı;
- Dayanmalı və piyadalara yol verməlidirlər.
“Bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq”, - deyə müraciətdə vurğulanıb.