Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılır

Xəbərlər

07.07.2021 - 11:43

Həkimlər Klinikalar SEO Xidməti

Tətbiq edilən məhdudiyyət iyulun 12-nə qədər qüvvədə olacaq

 

Bu gündən Bakının Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması ilə əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Bildirilib ki, tətbiq edilən məhdudiyyət iyulun 12-nə qədər qüvvədə olacaq.

 

Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş