Bülbülə və Əmircan qəsəbələrində su kəsiləcək

Cəmiyyət

06.08.2022 - 23:47

Bəzi yerlərdə suyun verilişində məhdudiyyətlər olacaq

Sabah Bakının Bülbülə və Əmircan qəsəbələrində su kəsiləcək. Bu barədə AYNA-ya "Azərsu" ASC-dən bildirilib.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 7 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Müəllif: Ayna.az