Deputatın Rusiyadakı azərbaycanlılarla bağlı çağırışına reaksiya: <font color=red> “Mümkün deyil”</font>

Cəmiyyət

16.10.2019 - 10:11

“Rusiya hökuməti orada yaşayan azərbaycanlılardan vergi tutursa, Azərbaycan tərəfi vergi tuta bilməz”

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yenə cəmiyyətdə narazılıqlara səbəb olan açıqlama verib. O, bu yaxınlarda Bakıda keçirilən MDB dövlətlərinin Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı deyib ki, Rusiyada işləyən azərbaycanlılar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödəməlidirlər.

 

“Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanlı işləyir, onlar Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəməlidirlər. Ona görə bu məsələ üzərində iş aparılmalıdır”, - deyə deputat vurğulayıb.

Mərahim Nəsib