Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
AYNA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan mənzildə ev əşyaları 8 kvadratmetr sahədə və pəncərə çərçivəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.