Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlanıb

Xəbərlər

26.08.2025 - 14:46

Şübhəli şəxslər saxlanılıb

Bakının Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A.Əlmuradov saxlanılıb.

Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir nəticəsində isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş