Bakıda qardaş qardaşı qətlə yetirib

Hadisə

19.03.2021 - 08:18

Qardaşlar arasında dava qətllə nəticələnib 

 

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

 

AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Məlikov küçəsi dalan 7, mənzil 2 ünvanında qeydə alınıb

 

1969-cu il təvəllüdlü Camalov Elçin Elzəməd oğlu qardaşı ilə dava edib. Dava zamanı o, çoxsaylı bıçaq xəsarətləri alıb. Həmçinin E.Camalov qardaşının ürək nahiyəsinə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Yaralı və hadisəni törədən E.Camalov xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az