Aksiyanın fevralda keçirilməsi Mərkəzi Qan Bankında qan qıtlığının yaranması ilə əlaqədardır
“Azərsun Holdinq” Mərkəzi Qan Bankı ilə birgə “Qan ver - yaşat” şüarı altında qanvermə aksiya təşkil edib. AYNA xəbər verir ki, şirkətin Mədəniyyət Mərkəzində keçirilmiş aksiyada media mənsubları və Masazır qəsəbəsinin sakinləri də iştirak ediblər.
Qanvermə aksiyasında iştirak edən Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal, qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib. O, hər kəsin sosial durumundan asılı olmayaraq, ən azından qan verməklə həyat xilas edə biləcəyini vurğulayıb. Qeyd edib ki, bu il qanvermə aksiyasının əvvəlki illərlə müqayisədə fevralda keçirilməsi Mərkəzi Qan Bankında qan qıtlığının yaranması ilə əlaqədardır.
Ayna.az
Pin up casino Pin-up casino giriş