Bakıda piyada keçidlərinin günəş enerjisi ilə işıqlandırılmasına başlanılıb

Xəbərlər

27.08.2021 - 14:59

Xüsusi qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq ediləcək

 

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində günəş enerjisi ilə işləyən xüsusi qurğulardan istifadə olunmaqla eyni səviyyəli piyada keçidinin işıqlandırılmasına başlanılıb.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya bildirilib ki, nəticədə günün qaranlıq saatlarında, həmçinin pis hava şəraitində yol nişanlamalarının görünən olması təmin edilib, təhlükəsizlik səviyyəsi artırılıb, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin başvermə riski azaldılıb. Bundan başqa, sözügedən ərazidə piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün yeni səki və panduslar da inşa olunub.

 

Mərhələli şəkildə günəş enerjisi ilə işləyən bu tip xüsusi qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq ediləcək.

Müəllif: Ayna.az