Avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib
Bakının Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.