Faktiki və gözlənilən hava

Xəbərlər

05.11.2019 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb

 

Noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti, əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

 

AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək.

Müəllif: Ayna.az