Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə, bağlı qapı arxasında, köməksiz vəziyyətdə qalıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Şahnəzərov Şakir Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.