Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olunub

Hadisə

05.07.2019 - 16:47

Ədilə Mütəllibova Yasamal qəbiristanlığında torpağa tapşırılıb

 

Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ədibə Mütəllibova ilə vida mərasimi keçirilib. AYNA xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimə Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklil göndərilib.

 

Daha sonra Ədilə Mütəllibova Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, 81 yaşlı Ədilə Mütəllibova uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Müəllif: Ayna.az