Bakıda məktəbdə şagirdlər arasında koronavirus aşkarlanıb

Cəmiyyət

05.10.2021 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

162 nömrəli tam orta məktəbin bir sinifi distant təhsilə keçib

Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, məktəbdə əyani təhsil davam edir.

Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş