Bakıda liftdə qalan vətəndaşlar xilas edilib. Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən xəbərə görə, ötən sutka ərzində nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.