Tikilinin dam örtüyünün yanar konstruksiyaları 64 m² sahədə yanıb
Zaqatala rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 900 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 64 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.