Bakıda insan sümükləri aşkarlanıb

Hadisə

15.09.2021 - 23:52

İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib 

Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub. Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib.

Faktla bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az