Bakıda dəhşətli intihar

Hadisə

04.06.2024 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

İki nəfər hadisə yerində ölüb

Bakıda dəhşətli intihar hadisəsi olub. AYNA Lent.az-a istinadən bildirir ki, hadisə bu gün Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.

Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.

Dəhşətli intihar hadisəsində sonra ölənlərin kimlikləri məlum olub. məlumata görə, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət