Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 390 m² olan 2 mərtəbəli evin dam örtüyünün taxta atmaları 195 m² sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 28 m² sahədə yanıb. Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Masallı rayonunun Ərkivan qəsəbəsində isə, ümumi sahəsi 240 m² olan 2 mərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.