70 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi Sabunçu qəsəbəsi olacaq
Bakıda 70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, dəyişikliyə əsasən bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.