Bakıda avtomobili qaçıran keçmiş məhkum tutulub

Xəbərlər

26.08.2021 - 16:34

Polis əməliyyat keçirib

 

Binəqədi rayonunda avtomobili qaçıran keçmiş məhkum tutulub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, avqustun 22-də Bakı şəhər sakini R.Kərimova məxsus “Azsamand” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon ərazisində avtomobillə birgə saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az