Bakıda avtomobil yanıb

Hadisə

03.04.2026 - 12:39

Paytaxtın əsas küçələrindən birində böyük tıxac yaranıb

Ötən gün paytaxt Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib. Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal təhlükəsizlik tədbirləri görülüb, nəqliyyat vasitələrinin hərəkəti digər istiqamətə yönləndirilib.

AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının və vətəndaşların operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş