On bir yaşlı oğlan oğruya elə “toy tutdu ki”

Hadisə

19.06.2019 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-ın Şimali Karolina əyalətində bir mənzili qarət etməyə çalışan şəxs 11 yaşlı uşağın müqaviməti ilə üzləşib.  

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, oğurluq hadisəsi Mebane qəsəbəsində baş verib. 11 yaşlı oğlan evdə tək olduğu zaman 3 nəfərdən ibarət oğru dəstəsi mənzilə girmək qərarına gəlib. Onlardan biri qapının zəngini basıb, digəri həyəti nəzarətdə saxlayıb. 19 yaşında olan üçüncü şəxs isə oğurluq üçün evə girib.

 

O, evə girdikdən sonra evdəki 11 yaşlı uşağın əl-qolunu bağlayaraq şkafa salıb. Ardınca da evdəki elektronik əşyaları yığmağa başlayıb. Bu vaxt uşaq cəld tərpənərək oğrunun başına böyük ət bıçağı ilə zərbə endirib. Başı yarılan oğruya ikinci zərbəni də endirən uşağın hədəfi növbəti dəfə yan keçib.  

Başını qan bürüyən oğru oğurlamağa çalışdığı əşyaları ataraq hadisə yerindən qaçıb. Digər iki yoldaşı da ona qoşularaq ərazini tərk ediblər.

 

Polis başı yarılan oğrunun tibbi yardım almaq üçün xəstəxanaya getdiyini bildirib. Lakin tibbi müdaxilə olunandan sonra oradan qaçmağa müvəffəq olub. Buna baxmayaraq, o, polis tərəfindən tutulub.

Müəllif: Ayna.az