Bakıda ağacların yanması barədə şikayət araşdırılıb

Xəbərlər

09.07.2021 - 20:51

Həkimlər Klinikalar SEO Xidməti

“Toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib”

 

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verən yanğın zamanı ağacların yanaraq məhv olması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

 

AYNA-nın xəbərinə görə, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazinin xüsusi mülkiyyətdə olduğu və yanğın zamanı 12 ayland ağacının yanaraq məhv olması nəticəsində təbiətə 2 880 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Faktla bağlı akt tərtib edilib və toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş