Bakıda 14 küçə əsaslı təmir edilib

Xəbərlər

15.09.2021 - 18:49

Orta təmir işlərinin aparıldığı sahə 19 min 62 kvadratmetr təşkil edib

2021-ci ilin avqust ayı ərzində Bakı şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən avtomobil yollarının əsaslı təmiri ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, avqustda paytaxtda 14 küçə əsaslı təmir olunub. Əsaslı təmir edilmiş küçələrin uzunluğu 9500 metr, əsaslı təmir işlərinin aparıldığı sahə isə 116 min 93 kvadratmetrdir.

Yeni tikilmiş və bərpa edilmiş piyada səkilərinin uzunluğu 18 min 792 kvadratmetr, orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu isə 2005 metr təşkil edib.

Qeyd olunub ki, əsaslı təmir zamanı küçələrə 12 min 658 poqonmetr səki daşı düzülüb, 111 ədəd kanalizasiya lyuku yenisi ilə əvəz olunub, 20 min 370 poqonmetr üfüqi nişanlanma xəttinin çəkilişi işləri aparılıb.

Ümumilikdə, orta təmir işlərinin aparıldığı sahə 19 min 62 kvadratmetr təşkil edib.

Müəllif: Ayna.az