İcra başçısı istefa verdi: “Digərləri də ölkə başçısının çağırışına səs verməlidirlər”

Xəbərlər

31.10.2019 - 14:42

Şəmsəddin Xanbabayev: “Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək”

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin (BŞİH) başçısı Şəmsəddin Xanbabayev vəzifəsindən istefa verib. AYNA xəbər verir ki, bu barədə Yenisabah.az-a Şəmsəddin Xanbabayevin özü deyib.

 

“Artıq yaşlıyam. Ölkədə ciddi islahatlar gedir. Mən də Prezidentin çağırışına səs verərək istefa verməyi qərara aldım”, - deyə Şəmsəddin Xanbabayev əlavə edib.

 

O, digər yaşlı məmurların da ölkə başçısının çağırışına səs verəcəyinə ümdi etdiyini qeyd edib: “Belə də olmalıdır. Hər halda bunlar ölkədəki vəziyyəti, gedən inkişafı başa düşməlidirlər. Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək. Ona görə də bu çoxdan lazım idi. Mən bunu çox yüksək qəbul edirəm”.

Ayna.az