Bakı-Sumqayıt yolunda hərəkət tam bərpa edilib

Xəbərlər

09.09.2025 - 13:00

Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib

Bakı-Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiklərinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş