Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Xəbərlər

08.04.2021 - 12:24

Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. Bu barədə AYNA-ya Fondun Mətbuat Xidmətindən bildirilib.

 

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Müəllif: Ayna.az