AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edib
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46,9-cu kilometrində yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat 10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ()AAYDA bildirilib.
Qeyd olunub ki, bununla əlaqədar olaraq sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.