Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbərlər

23.01.2025 - 13:25

Həkimlər Klinikalar SEO Xidməti

ADY 25 və 26 yanvar tarixlərində marşrut üzrə əlavə qatar reysləri təyin edib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY ) sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən AYNA-ya verilən məlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilər.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş