“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

Xəbərlər

27.08.2021 - 18:49

Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair müraciətlər ünvanlanıb

 

Avqustun 27-də “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu keçirilib.

 

İB-dən AYNA-ya bildirilib ki, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Siyəzən rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov Xızı rayonu, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev isə Xaçmaz rayonu sakinləri ilə videoformatda keçirilən görüş zamanı vətəndaşların müraciətlərini dinləyiblər.

 

Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktorun müavinləri vətəndaşların müraciətlərinə operativ baxılması ilə bağlı müvafiq tapşırıqlarını veriblər.

Müəllif: Ayna.az