Azərbaycanlı zəvvarları Kərbəlaya aparan avtobus yanıb

Hadisə

10.10.2019 - 16:37

 

İranın  Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb.

 

AYNA xəbər verir ki, İranın Əhvaz Rayon İcra Hakimiyyətinin Yanğınsöndürmə Və Təhlükəsizlik Xidmətləri İdarəsinin direktoru İbrahim Qənbəri yanğına avtobusun elektrik naqillərində yaranmış nasazlığın səbəb olduğunu bildirib. 

 

Qeyd edilib ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadası cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

 

Hadisə zamanı bir qadın tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib. (APA)

Müəllif: Ayna.az