Azərbaycanlı stolüstü tennisçi Ginnesin Rekordlar Kitabına düşüb

İdman

21.05.2026 - 00:35

Millimizin üzvü ən uzun məsafəyə top atışında dünya rekordunu qırıb

Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşüb. AYNA.AZ “İdman.biz”ə istinadən bildirir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Bu ilin aprel ayında Azərbaycan milli komandasının üzvü ən uzun məsafəyə top atışında dünya rekordunu qırıb.

İdmançı Azərbaycan Gənclər və İdman Nazirliyinin, Stolüstü Tennis Federasiyasının nümayəndələrinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti altında 18,20 metr məsafədən top atışını uğurla başa vurub.

Əvvəlki 17,50 metrlik dünya rekordu türk idmançısı Osman Gürcüyə məxsus idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş